Natəvan Axundova

Ginekoloq · Bakı

Haqqında

Həkim Haqqında

Haqqında 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1987-ci ildə Sumqayıt şəhər 15 №-li orta məktəbi fərqlənmə attestatı ilə bitirib həmin ildə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsinə daxil olub. 1993-cü ildə universiteti fərqlənmə diplomu və adlı təqaüdlə bitirib, universitetin III mamalıq- ginekologiya kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb. Əvvəlcə kafedrada asistent, 2011-ci ildən hazırkı tarixədək kafedrada dosent kimi fəaliyyət göstərir.27 noyabr 2007-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün, "Yüksək risk qruplu hamilə qadınlar arasında hestasion şəkərli diabetin diaqnostikası, klinikası, müalicə, korreksiya metodları və profilaktikası mövzusunda dissertasiya işini müdafiə edib. 14.03. 2013-cü il tarixində Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsinin elmi şurasının iclasında (8-saylı protokol) Tibb Elmləri doktoru elmi dərəcəsi almaq üçün, "Qadın həyatının müxtəlif dövrlərində hiperandrogeniya sindromunun patogenetik xüsusiyyətləri, kompleks diaqnostika və müalicə üsulları adlı dissertasiya mövzusu və elmi məsləhətçilər təsdiq edilib.06.07.2018-ci ildə doktorluq dissertasiyası yekunlaşdırılıb və ilkin müzakirəsi keçirilib.İki tədris metodik vəsait, bir dərslik, 60-a yaxın çap olunmuş elmi məqalənin müəllifidir.Ginekologiya, problemli hamiləliklər, sonsuzluqla bağlı yerli və bir çox xarici ölkələrdə keçirilən kurslarda, seminarlarda, beynəlxalq konfranslarda iştirak edib, sertifikatlar alıb.Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Rezidentura şöbəsinin ekspertidir.

Ünvan

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, Bakı, Mirqasımov küç., 1004-cü məhəllə Bakı, Mirqasımov küç., 1004-cü məhəllə Bakı

Tez-tez verilən suallar

Natəvan Axundova hansı ixtisas üzrə həkimdir?

Profildə göstərilən ixtisas: Ginekoloq.

Natəvan Axundova harada qəbul edir?

Profildə göstərilən iş yeri: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, Bakı, Mirqasımov küç., 1004-cü məhəllə Bakı, Bakı. Qəbulun bu ünvanda olduğunu klinika ilə dəqiqləşdirin.

Natəvan Axundova neçə il təcrübəsi var?

Profildə göstərilən iş stajı: 50 il.

Natəvan Axundova hansı dillərdə xidmət göstərir?

Profildə göstərilən dillər: Azərbaycan.

Ginekoloq üzrə digər həkimlər

Əlaqəli tibbi terminlər

Faydalı keçidlər