İlahə Quliyeva

Ginekoloq · Bakı

Haqqında

İlahə Quliyeva — Cərrah mama-ginekoloq. 27+ illik klinik təcrübəyə sahib olan mütəxəssis Baku Medical Plaza-da fəaliyyət göstərərək xəstələrə yüksək keyfiyyətli tibbi xidmət təqdim edir. Peşəkar bilik və bacarıqları ilə hər bir pasiyentin sağlamlığına töhfə verir.

İş təcrübəsi

2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011-ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur.

2012-ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur.

2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının əməkdaşıdır və ginekologiyanın ən müasir diaqnostika, müalicə üsulları mövzularında leksiyalar deyir. Həmçinin gənc kadrların və rezidentləri yetişdirən aktiv kuratordur.

2018-ci ildə bu günədək Baku Medikal Plaza Klinikasının Babək filialında cərrah mama ginekoloq vəzifəsində çalışır.

Təhsil və İxtisas

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirib.

2005-2006-cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir.

2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür.

2006-2007-ci illərdə Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa

2007-2008-ci illərdə Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa

2008-2009-cu illərdə Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa

2009-2010-cu illərdə Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa

Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.

İlahə Quliyeva müasir diaqnostika və müalicə üsullarından istifadə edərək xəstələrə fərdi yanaşma və keyfiyyətli tibbi xidmət təqdim edir. Baku Medical Plaza çərçivəsində beynəlxalq standartlara uyğun müalicə yanaşması ilə sağlamlığınızın qorunmasına töhfə verir.

Tez-tez verilən suallar

İlahə Quliyeva hansı ixtisas üzrə həkimdir?

Profildə göstərilən ixtisas: Ginekoloq.

İlahə Quliyeva harada qəbul edir?

Profildə göstərilən iş yeri: Baku Medical Plaza, Bakı. Qəbulun bu ünvanda olduğunu klinika ilə dəqiqləşdirin.

İlahə Quliyeva ilə necə əlaqə saxlamaq olar?

Klinikanın əlaqə nömrəsi: (012) 909. Qəbul vaxtı və qiymət barədə bu nömrədən məlumat ala bilərsiniz.

İlahə Quliyeva neçə il təcrübəsi var?

Profildə göstərilən iş stajı: 27 il.

İlahə Quliyeva hansı dillərdə xidmət göstərir?

Profildə göstərilən dillər: Azərbaycan.

Ginekoloq üzrə digər həkimlər

Baku Medical Plaza klinikasının digər həkimləri

Əlaqəli tibbi terminlər

Faydalı keçidlər