Emin Haqverdiyev

Ginekoloq · Bakı

Haqqında

Uzman Doktor Emin Haqverdiyev,  Ankara Gazi Üniversitesi Tibb fakültəsində bakalavr təhsilini uğurla tamamladıqdan sonra, Ankara Yıldırım Beyazıt Üniversitesi"ndə ginekoloq-cərrah kimi uzmanlıq təhsilimi tamamlamışdır.

2016-ci ildə Acıbadem Atakent xəstəxanasında "Süni mayalanma uğurunu artıran texnologiyalar" elmi çalışma qrupunun bir parçası olmuşdur. 2017-2019-cu illərdə Bahçeşehir universitesi Tibb fakültəsində sonsuzluq xəstələri üzərində innovasiyalar sahəsində həkim-pedaqoq kimi fəaliyyət göstərmişdir. Eyni dövrdə VM Medical Park İzmit xəstəxanasında Süni Mayalanama şöbəsində ginekoloq-cərrah kimi fəaliyyət göstərmişdir.

2019-2021-ci illərdə Bakıya dəvət edilmiş və Reproduktiv Sağlamlıq Mərkəzində cərrah mama-ginekoloq və süni mayalanma mütəxəssisi olaraq fəaliyyət göstərmişdir. 2021-ci ildən təsisçisi olduğu Duru Qadın sağlamlığı mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərməktədir.

Türkiye Jinekoloji ve Obstetrik Derneği, Minimal İnvaziv Jinekoloji Derneği, Üreme Tıbbı Cerrahisi Derneği ve Beynəlxalq ESHRE, ASRM dərnəklərinin üzvüdür.. Evlidir, iki övlad atasıdır.

Ünvan:

Duru Klinikası, 8-19 inshaatchılar avenue, Baku 1073 Yasamal Bakı

Tez-tez verilən suallar

Emin Haqverdiyev hansı ixtisas üzrə həkimdir?

Profildə göstərilən ixtisas: Ginekoloq.

Emin Haqverdiyev harada qəbul edir?

Profildə göstərilən iş yeri: Duru Klinikası, 8-19 inshaatchılar avenue, Baku 1073 Yasamal Bakı, Bakı. Qəbulun bu ünvanda olduğunu klinika ilə dəqiqləşdirin.

Emin Haqverdiyev neçə il təcrübəsi var?

Profildə göstərilən iş stajı: 10 il.

Emin Haqverdiyev hansı dillərdə xidmət göstərir?

Profildə göstərilən dillər: Azərbaycan.

Ginekoloq üzrə digər həkimlər

Əlaqəli tibbi terminlər

Faydalı keçidlər